Nazarbayev Trampla görüşdü

22-05-2017, 07:41           
Nazarbayev Trampla görüşdü
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Səudiyyə Ərəbistanında keçirilən ərəb və müsəlman liderlərinin ekstremizmə qarşı mübarizəyə həsr edilmiş sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Görüş zamanı iki ölkə arasında ticari-iqtisadi, siyasi və mədəni-humanitar sahələrdə münasibətlərinin genişləndirilməsi müzakirə olunub. Hər iki ölkə prezidenti beynəlxalq məsələlər barədə də müzakirələr aparıb”, - məlumatda bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru