Türkiyə və Rusiya arasında ticarət məhdudiyyətinin ləğvinə dair sənəd imzalanıb

22-05-2017, 16:15           
Türkiyə və Rusiya arasında ticarət məhdudiyyətinin ləğvinə dair sənəd imzalanıb
Türkiyə və Rusiya qarşılıqlı olaraq ticarət məhdudiyyətlərinin aradan götürülməsinə dair bəyanat imzalayıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, sənəd iki ölkənin hökumət başçılarının müavinləri Arkadi Dvorkoviç və Mehmet Şimşek tərəfindən İstanbulda imzalanıb.

Mərasimdə Türkiyənin baş naziri Binəli Yıldırım və Rusiyanın baş naziri Dmitri Medvedev də iştirak edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.