Gülənin çevriliş planı axır ki, açıldı - Şəxsən gələcəkmiş

5-06-2017, 00:25           
Gülənin çevriliş planı axır ki, açıldı - Şəxsən gələcəkmiş
"FETÖ işi" çərçivəsində şifrəsi açılan "BayLok" yazışmalarının ilginc məqamları ortaya çıxıb.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, plana əsasən, Fətullah Gülən 15 iyun qiyam gecəsi şəxsən Türkiyəyə gəlmək istəyib, amma səhhəti buna imkan verəməyib.

Çevriliş cəhdindən 6 ay öncə aparılan yazışmalarda Gülənin Türkiyəyə gəlmək planı müzakirə olunub.

"Saliha86" ləqəbli şəbəkə üzvünün yazdığına görə, Gülən AKP-nin hakimiyyətdən getməsi üçün supergüclərin razılıq verdiyini bildirib.

"Cümə günü xoca söhbət əsnasında hönkür-hönkür ağladı. "Hamınız birləşin", dedi. "Bu yoldan dönsək, fahişəyik", dedi. Bütün düşərdə ağladı. "ABŞ, Rusiya və digər ölkələr Ərdoğanın getməsini istəyirlər", - dedi xoca”.

Yazışmalarda şəbəkənin Afrikadakı üzvü Fətullah Gülənin adından "inqilab günü şəxsən Türkiyəyə gəlmək istəyirəm. Türkiyəyə gəlmək 10 saat vaxt aparacaq. Amma səhhətim buna imkan verməyə bilər", - deyə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru