İstanbulu qana boyayan azərbaycanlı oğrulardır?

5-06-2017, 01:06           
İstanbulu qana boyayan azərbaycanlı oğrulardır?
Türkiyənin İstanbul şəhərində qanlı mafiya hesablaşmasının bəzi detalları məlum olub.

teref.az Cəbhə.info-ya istinadən xəbər verir ki, hadisə dünən axşam Menderes küçəsində baş verib.

Qruplararası silahlı münaqişədə 7 nəfər yaralanıb, 1 nəfər ölüb. Hadisədən sonra 15 nəfər saxlanılıb. İlkin məlumatlarda mafiyanın qanlı hesablaşmasında Azərbaycandan və keçmiş SSRİ-dən olan “kriminal general”ların iştirakı müzakirə edilib. Lakin indi bunun əksi olan məlumatlar yayılıb.

“Kalaşnikov” avtomatlarından istifadə edilən insidentin Sarallar qrupunun üzvləri tərəfindən törədildiyi bildirilir. Bu qrup Sedat Şahin qrupu ilə birlikdə hərəkət etdiyi önə sürülən Şirinlər qrupunun üzvlərinə hücum edib. Saxlanan şəxslərdən avtomatla yanaşı tapançalar da tapılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru