Dərbəndin Nizami Gəncəvi parkı ərazisində yanğın baş verib - VİDEO

16-07-2017, 10:41           
Dərbəndin Nizami Gəncəvi parkı ərazisində yanğın baş verib - VİDEO
Dərbənddə baxımsız qalmış Nizami Gəncəvi parkının ərazisində yanğın baş verib.

"Report" RİA "Derbent"ə istinadən xəbr verir ki, alov yanğınsöndürənlərin səyi nəticəsində söndürülüb.

Yanğının səbəbləri və hadisənin təfərrüatları dəqiqləşdirilir.

Nəşr yazır ki, yanğın vaxtilə əhəmiyyətli mədəni istirahət yerinin tənəzzül tarixinin davamı ola bilərdi. Tarixi-mədəni əhəmiyyətə malik park illərlə abadlaşdırılmır, ona görə də, burada təsadüfi yanğın ehtimalı maksimuma qədər artıb. Agentlik dəfələrlə hakimiyyət, hüquq-mühafizə orqanları və ictimaiyyətin diqqətini Nizami parkı ətrafında yaranan vəziyyətə yönəldib. Məlum olduğu kimi bu ərazidə tikinti işləri yekunlaşıb.
2015-ci ildə burada XVI əsrə aid qəbiristanlıq aşkar olunduğuna görə, tikinti işləri dayandırılıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.