Türkiyədə `HERO` yazılmış köynək geyinənlər həbs olunur

8-08-2017, 13:07           
Türkiyədə `HERO` yazılmış köynək geyinənlər həbs olunur
FaktXəbər-in verdiyi məlumata görə, Türkiyənin Adana şəhərində köynəyinin üzərində "HERO" (qəhrəman) yazılmış şəxs polis tərəfindən saxlanılıb. Yerli polis buna heç bir münasibət bildirməyib.

Türkiyə mətbuatı yazır ki, "HERO" yazılı köynəklərdə nurçuların lideri sayılan Fətullah Gülənlə bağlı kripto mesajlar var. Belə ki, ötən il 15 iyul hadisələrində əsas günahkar sayılan "FETÖ" şəbəkəsinin rəhbəri Fətullah Gülənin tərəfdarları "HERO" yazılı köynəklər geyinməklə öz liderlərinə sədaqətlərini nümayiş etdirilər. Köynəkdəki 4 hərfin açması isə "HERO - Hoca Efendi Razı Olsun" mənasını daşıyır.

Bu tip köynəyi ilk dəfə Prezident Rəcəb Tayyib Ərdoğana hücum hazırlayan üsyançılardan biri məhkəmə zalına gələrkən geyinib. Bundan sonra fərqli bölgələrdə eyni cür köynək geyinən adamlar polis tərəfindən saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru