FETÖ-çuların gizli dili: "miniatür kitab, alt paltarı, möhür..." - İDDİA

9-08-2017, 09:25           

İzmirdə FETÖ araşdırması çərçivəsində həbs olunan və Fetullah Gülənin kuryeri olduğu iddia edilən Malik Əjdər Eriş adlı şəxs saxlanılıb.

Publika.az xəbər verir ki, İzmirdə 14-cü Ağır Cinayətlər Məhkəməsinə gətirilən şübhəli şəxs, məhkəmə zalında "silahlı terror təşkilatının üzvü olduğuna" dair iddiaları qəbul edib.

Məhkəmə zalında iştirak edən "Zaman" qəzetinin keçmiş baş direktoru Nurəddin Verən bildirib ki, araşdırmalar zamanı FETÖ-çular bir-birinə xüsusi əşyalarla mesajlar göndərib: "ABŞ-da olan müttəfiqlərinə kuryerlər vasitəsilə kiçik miniatür kitablar içərisində işarələnmiş mesajlar, möhür və alt paltarları göndərirdilər. Kuryerlər bunun nə demək olduğunu bilmir. Mesajın göndərildiyi şəxslər Fətullah Gülənin ən yaxın və sadiq adamlarıdır".

Məhkəmə heyəti müttəhimin həbs halının davamına qərar verərək məhkəməni irəli tarixlərə təxirə salıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru