Azərbaycanda oxuyan türk "həkim"i həbsxanadan qaçdı - FOTO

10-08-2017, 16:49           
Azərbaycanda oxuyan türk "həkim"i həbsxanadan qaçdı - FOTO
Adanada özünü həkim olaraq tanıdıb, 4 adama plomb və botoks edən "saxta estetik cərrah" həbsxanadan qaçıb.

Gundeminfo.az milli.az-a istinadən xəbər verir ki, sözügedən ittihamlara görə, Adana 3-cü Cəza Məhkəməsində mühakimə olunacaq Soner G.-nin 1 avqusta təyin edilən məhkəməsi ertələnib. Səbəb isə onun başqa cinayət əməlinin ortaya çıxması olub. Belə ki, məlum olub ki, Soner G. oğurluqda ittiham edilərək barəsində 5 il 3 aylıq şərti azadlıqdan məhrum etmə cəzası var. Sonuncu ittiham da üzərinə gəldikdə, məhkəmə onun şərti cəzasını həbslə əvəzləyib.

Və qərara alınıb ki, Soner G.-nin özünü həkim kimi təqdim edərək insanların sağlamlığına ziyan vurması ilə bağlı iddialara oğurluqla bağlı cəzası tamamlandıqdan sonra baxılsın. Soner G. cəzasını çəkməsi üçün Adana Açıq Cəza Təcridxanasına göndərilib. Soner G. cəzasını çəkməsi üçün Adana Açıq Cəza Təcridxanasına göndərilib.

Həbsxanada axşam yoxlaması zamanı Soner G.-nın qaçdığı məlum olub. Qeyd edək ki, Azərbaycanda kosmetologiya üzrə təlim gördüyünü deyən Soner G. ona dodaq silikonu etdirən bir neçə qadının sağlamlığında problem yaranmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.