Türk alimləri tarixdə ilk dəfə planet kəşf etdilər

13-08-2017, 17:05           
Türk alimləri tarixdə ilk dəfə planet kəşf etdilər
3 türk alimi Günəş sistemindən 212 işıq ili uzaqlığında Yupiterə bənzəyən planet kəşf ediblər.

Moderator.az xəbər verir ki, Türkiyənin nüfuzlu media orqanlarının da yazdığına əsasən, planetə ya “Türk”, ya da “Atatürk” adı veriləcək.

Türkiyənin iki nüfuzlu universitetinin – Ege və Ankara Universitetlərinin mütəxəssislərinin 2007-ci ildən başlatdığı elmi proqram uzun müddətdən sonra öz nəticəsini verib.
Lakin planet birmənalı şəkildə həyat imkanlarından məhrumdur. Tarixi kəşfə imza atan üç alimdən biri – professor Məsud Yılmaz yeni kəşfləri barədə bunları deyib: “Biz- türk alimləri ilk dəfə bir planet kəşf etdik. Bunun qürur və xoşbəxtliyini yaşayırıq. Yeni planet Yupiterdən 1,5 dəfə böyükdü. On illik zəhmətimizin qarşılığını da bu cür almış olduq. Yeni kəşf olunan palnet haqqında dünyanın ən nüfuzlu elmi astronomiya jurnalı olan “Astronomy&Astrophysics”-də bu barədə məqalə yayımladıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru