İranın baş qərargah rəisi Türkiyəyə gedir

14-08-2017, 00:09           

İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Bakiri türkiyəli həmkarı Hülusi Akarla görüşmək üçün 15 avqustda Türkiyəyə səfər edəcək.

Axar.az xəbər verir ki, heyət üzvləri üç gün davam edəcək səfər çərçivəsində Türkiyədə hərbi və siyasi rəhbərlərlə görüşəcək.

Tərəflərin terrorla mübarizə, regional inkişaf, müdafiə sahəsindəki ikili münasibətlər və sərhəd əməkdaşlığı kimi məsələləri müzakirə etməsi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru