Türkiyənin baş naziri:"Sosial media dilinə "dayan" deməyin vaxtı çatıb"

16-08-2017, 00:18           

"Sosial media dilinə "dayan" deməyin vaxtı çatıb".

Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

O qeyd edib: "Təəssüf ki, sosial media dili gənclərimiz arasında qəbul edilmiş bir yazı, danışıq dilinə çevrilir. Mənasız qısaltmalar, yersiz əcnəbi sözlər, cümlələr getdikcə adi hal alır. Dilimizi qısırlaşdıran, nəsillər arasındakı əlaqəni yox edən, türkcəyə deyil, əcaib bir dilə oxşayan bu çürüməyə artıq "dayan" deməyin vaxtı çatıb".

B.Yıldırım bildirib ki, milli səfərbərlik ruhunda çalışaraq gənclərə sözün, dilin dəyərini ən yaxşı şəkildə anlatmaq lazımdır/Trend.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru