Ağlağan körpə Ərdoğanın rəsmi tədbirini `pozdu` - VİDEO

18-08-2017, 13:45           
Ağlağan körpə Ərdoğanın rəsmi tədbirini `pozdu` - VİDEO
Faktxeber.com-un məlumatına əsasən, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Avstraliya, Somali və Tanzaniyanın bu ölkədəki səfirlərinə rəsmi etimadnaməni təqdim etmə mərasimində maraqlı hadisə baş verib.

Avstraliyalı diplomat Marka İnna Brauna rəsmi mərasimə balaca körpəsi ilə təşrif buyurub. Öyrəşmədiyi mühitə düşən iki yaşlı balaca rəsmi qəbuletmə zamanı ağlamağa başlayıb. Körpəni sakitləşdirməkdən ötrü Ərdoğanın cangüdəni balacaya oyuncaq verib. Türkiyə prezidenti də ağlayan balacanı sakitləşdirməyə çalışsa da bu mümkün olmayıb.

[media=https://www.youtube.com/watch?v=rNXjiA3_PCo]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru