Türkiyədə yük maşını aşıb, 3 nəfər ölüb, 7 nəfər yaralanıb 21-08-2017, 08:27 Türkiyənin Artvin vilayətində ağır yol qəzası baş verib. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, yük maşınının aşması nəticəsində 3 nəfər hadisə yerində ölüb, 7 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri barədə məlumat verilmir. Facebook-da paylaş