Rusiya və Türkiyə İzmirdəki sərgidə 820 mln. dollar dəyərində kontraktlar razılaşdırıblar

23-08-2017, 09:31           

Rusiya və Türkiyə şirkətləri 86-cı İzmir beynəlxalq sənaye sərgisi zamanı 820 mln. dollar dəyərində kontraktlar razılaşdırıblar. APA-nın xəbərinə görə, bunu “RİA Novosti”yə Rusiyanın sənaye və ticarət nazirinin müavini Georgi Kalamanov bildirib.

“Yalnız Rusiya İxrac Mərkəzinin məlumatına əsasən, “MatchMaking” formatında keçirilmiş 196 görüş zamanı 820 mln. dollar dəyərində mühüm kontraktlar razılaşdırılıb”, - deyə Kalamanov bildirib.

Qeyd edək ki, sərgi avqustun 18-dən 22-dək davam edib. Rusiya sərgidə tərəfdaş ölkə qismində iştirak edib.

Sərgidəki Rusiya ekspozisiyaya Vladimir, Tula, Lipetsk, Voronej vilayətləri, Stavropol diyarı, Tatarıstan və Şimali Osetiyadan iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən 45 şirkət iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru