Azərbaycan gölü alman diplomatı sarsıtdı

23-08-2017, 10:00           

Almaniyanın İrandakı səfiri Mixail Klor Breştold Urmu gölünə baxış keçirib.

Axar.az xəbər verir ki, səfir göldə yaşanan böhranla bağlı narahat olduğunu bildirib. O, keçirdiyi mətbuat konfransında göldə durumun çox gərgin olduğunu dilə gətirib:

“Urmu gölünü yaxından görmək istəyirdim. Təəssüflər olsun ki, göldə durum olduqca gərgindir! Bu vəziyyət məni çox kədərləndirdi. Göldə yaşanan böhranı başa düşdüm. Tehrana qayıtdıqdan sonra Urmu gölünün vəziyyəti ilə bağlı ölkəmə məlumat göndərəcəm. Yəqin ki, lazımi araşdırmalar aparılacaq”.

Almaniya səfiri ölkəsinin ətraf mühitin qorunmasına xüsusi əhəmiyyət verdiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, milyonlarla insanın həyatını təhlükə altında qoyan Urmu gölü böhranı ilə bağlı nəzərdə tutulan bütün layihələr uzun illərdir icra olunmur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru