Deputatdan tarixi qalanın məhv edilməsinə - Reaksiya

23-08-2017, 20:11           
Deputatdan tarixi qalanın məhv edilməsinə - Reaksiya
Tarixi abidələr, tarixi yerlər həmin dövlət tərəfindən qorunmalıdır.

Bu sözləri Kult.az-a Təbrizdə Müsəlla Fondunun parkinq tikmək bəhanəsi ilə tarixi Ərk qalasını məhv etməsinə münasibət bildirən millət vəkili, Azərbaycan-İran Parlamentlərarası Dostluq Qrupunun üzvü Aydın Mirzəzadə deyib. O bildirib ki, bu məsələyə biganə qalmaq olmaz.

“Çünki Ərk qalasının azərbaycanlıların tarixində mühüm yeri var. Bu, bizim ümumi tariximizlə bağlı olan məsələdir. İran hakimiyyət orqanlarının bu məsələyə laqeyd yanaşmayacağını düşünürəm. Eyni zamanda, heç bir şübhəm yoxdur ki, orada yaşayan Azərbaycan əsilli İran ziyalıları da hökumət qarşısında tariximizin qorunması məsələsini qaldıracaq”.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 18:00-da azərbaycanlılar Ərk qalasının ətrafında insan zənciri təşkil edərək, Müsəlla Fondunun parkinq tikmək bəhanəsi ilə tarixi qalanı məhv etməsinə etiraz edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru