Türkiyə mediası Əbülfəz Elçibəyi bu cür təqdim etdi – VİDEO
24-08-2017, 02:07
Türkiyə mediası Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin vəfatının 17-ci ildönümü ilə bağlı Azərbaycandan görüntülər yayımlayıb. A24.az bildirir ki, “Bengü Türk” kanalında yayımlanan ana xəbər bültenində Azərbaycanda Elçibəyin məzarı başında anıldığı qeyd edilib. Xəbərin aparıcısı Əbülfəz Elçibəyi rus ordusunun Azərbaycandan çıxardılmasında, universitetə daxil olmaq üçün test üsulunun tətbiq edilməsində, kiril alifbasından latın alifbasına keçməkdə müstəsna rolu olan şəxsiyyətlərdən biri kimi təqdim edib. teref.az Türkiyə mediasında yayımlanan videoxəbəri təqdim edir: