Vaşinqton Ərdoğanın mühafizəçilərini ABŞ-da etirazçılara hücum etməkdə ittiham edib

30-08-2017, 08:42           
Vaşinqton Ərdoğanın mühafizəçilərini ABŞ-da etirazçılara hücum etməkdə ittiham edib
Rəsmi Vaşinqton ABŞ-da etirazçılara hücum etdiklərinə görə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın mühafizəçilərinə qarşı ittiham irəli sürüb. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, etirazçılarla mühafizəçilər arasında qarşıdurma R.T.Ərdoğanın mayda Vaşinqtona səfəri zamanı, Türkiyə səfirinin iqamətgahı qarşısında baş verib. Məlumata görə, ittiham, ümumilikdə, 19 nəfərə qarşı irəli sürülüb. Onlardan 15 nəfəri Türkiyə təhlükəsizlik xidmətlərinin əməkdaşlarıdır.

Dövlət Departamenti insidentdən sonra Türkiyəyə etiraz edib. Ankara ittihamları rədd edərək insidentin ABŞ tərəfinin lazımi təhlükəsizlik tədbirləri görməkdən imtina etməsi səbəbindən baş verdiyini bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru