Atatürk ən çox nələri sevərdi?- Zəfər bayramı yazısı FOTO
31-08-2017, 08:58
Bu gün qardaş Türkiyənin milli bayramlarından biri, 30 avqust - Zəfər bayramı qeyd olunur.
Zəfər bayramı Türkiyə Cümhuriyyətinin milli bayramıdır. Hər il avqustun 30-da qeyd olunur. Zəfər bayramı 1922-ci ilin 26 avqustunda başlayıb 30 avqustda Dumlupınarda Mustafa Kamal Paşanın baş komandanlığı altında qələbəylə nəticələnən "Başkomutanlıq Meydan Müharibəsi"ni (Böyük Taarruz) anmaq üçün qutlanan bayramdır. İşğalçı orduların ölkə sərhədlərindən çıxması bir qədər sonra baş versə də, 30 avqust simvolik olaraq ölkə torpaqlarının geri alındığı günü təmsil edir.
Moderator.az Zəfər bayramının əsas qəhrəmanı olan Mstafa Kamal Paşa haqqında bir neçə maraqlı məlumatı təqdim edir:
1. Ən çox sevdiyi yemək: Gəncliyindən qalan vərdişlə həyatı boyunca ən çox sevdiyi yemək quru paxlalı plov olub. Şirniyyat sevmirdi, amma hərdən gül cemi yeyirdi.
2. Ən çox sevdiyi kitab: Rəşad Nuri Güntəkinin “Çalıquşu” əsərini həyatı boyunca, hətta cəbhədə belə başucundan ayırmayıb. Hər gün kitabın təsadüfi bir səhifəsini açar və bir neçə səhifə oxuyarmış.
3. Ən çox sevdiyi heyvanlar: Atlar və itlər. “Fox” adını verdiyi iti həmişə yatağının ucunda yatardı.
4. Ən çox sevdiyi rəqs: Ən çox sevdiyi rəqs vals olub. Klassik musiqilərdən əlavə, Anadolu melodiyalarını da dinləməyi sevirmiş.
5. Geyimi: Köynəklərinin hamısı ağ idi. O, köynəklərini əvvəllər İsveçrədə tikdirib, sonralar isə yerli maldan istifadə etmək kompaniyasına əsasən Bəyoğlunda bir dərziyə tikdirib. Kostyumlarının dizaynını həmişə özü hazırlayardı. Göy rəngli kostyum geyinməyi xoşlamırdı.
6. Fiziki göstəriciləri: Boyu 1,74 m olub. Həyatının son dövrlərinə qədər çəkisi 76 kq olub. Amma sonra xəstəliyi artdıqca çəkisi 46 kq-a qədər düşüb. 43 ölçülü qara laklı ayaqqabı geyərdi.
7. Səhər vərdişləri: Səhər yeməyindən xoşu gəlmirdi. Yuxudan duran kimi otağındakı divanın üzərinə bardaş qurub oturur, günün ilk qəhvəsini içir və siqaret çəkirdi.
8. Qəribəliyi: Getdiyi şəhər və ya kəndlərdə onun üçün qurban kəsilən heyvanlara baxa bilməzdi. Belə vəziyyətdə ya üzünü çevirər, ya da qurbanın kəsilməsinə icazə vermirdi. Cəbhələrdə düşmənlə qarşı-qarşıya döyüşən biri olaraq ən maraqlı xüsusiyyəti döyüş meydanı xaricində qan görəndə halı pisləşirmiş.