Ərdoğanla Tramp razılaşdı

9-09-2017, 23:46           

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, tərəflər Türkiyə və ABŞ arasındakı strateji müttəfiqlikdən danışaraq bu əlaqələrin daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Liderlər regionda sabitliyin artırılması üçün ölkələrin birlikdə hərəkət etməsinin önəmini vurğulayıblar.

Ərdoğan və Tramp Nyu Yorkda BMT toplantısı çərçivəsində görüşmək barədə də razılığa gəliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru