Kürd separatçıların şok planı: Kərkük paytaxt olsun, PKK isə...

27-09-2017, 10:03           

İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzaninin müşaviri Hoşyar Zəbarinin evində referendum öncəsi, daha dəqiq desək, iyulun 22-də gizli siyasi toplantının keçirildiyi iddia edilib.

Axar.az “Yeni Şəfəq” qəzetinə istinadən xəbər verir ki, həmin toplantıda Kərkükün paytaxt olması, PKK ilə birgə ordu qurulması, Suriya-İraq sərhəd-keçid məntəqlərinin ləğv edilməsi, vahid pasport sisteminin yaradılması ilə türkman və ərəblərə qarşı növbəti assimilasiyasının davam etdirilməsi müzakirə edilib. Bundan əlavə, görüşdə mövcud ərazilərin daha da böyüdülməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qəzet iddia edir ki, Mosulun Kürdüstana qatılması müzakirə olunan məsələlər arasında olub.

Amerikalı diplomatların da bu toplantıda iştirak etdiyi və Bərzaniyə son təlimatların verildiyi deyilib.

Son olaraq vurğulanıb ki, Suriyanın Afrin, Haseke, Menbiç, Qamışlı, Tel-Abyad, Dırbesiye, Kobani kimi şəhərlərində də bənzər kürd muxtariyyətinin yaradılması layihəsi barədə danışılıb.

Qeyd edək ki, bundan öncə Kərkükdə keçirilən sözügedən məxfi görüşdə ABŞ diplomatı Peter Qalbraytın iştirak etdiyi, hətta onun gələcək Kürdüstanda ABŞ-ın səfiri olacaq şəxs kimi təqdim edildiyi iddia edilmişdi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru