“MDB-də 300 min kürd referendumu dəstəkləyib” - Qazaxıstan kürdlərinin lideri

27-09-2017, 14:28           
“MDB-də 300 min kürd referendumu dəstəkləyib” - Qazaxıstan kürdlərinin lideri
Qazaxıstan kürdlərini öz sıralarında birləşdirən “Barbanq” cəmiyyətinin sədri Knyaz Mirzəyev Qzaxıstan kürdlərinin İraq Kürdüstanında keçirilən referendumu tam dəstəklədiyini açıqlayıb.

Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, Mirzəyev MDB məkanında yaşayan 300 minlik kürd icmasının bu hadisəyə çox sevindiyini vurğulayıb.

“İraq (Cənubi) Kürdüstanının müstəqilliyi bütün kürd xalqı üçün bayramdır. Ötən həftə MDB kürdləri adından Ərbilə səfər edərək Məsud Bərzani ilə görüşdə ona dəstəyimizi ifadə etdik. Referendum və müstəqillik kürd xalqının qanuni haqqıdır”.

Xatırladaq ki, Qazaxıstandan 50 mindən artıq kürd yaşayır. Onlar say baxımından çoxmillətli bu ölkədə 13-cü ən böyük etnik qrupdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru