Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib

28-09-2017, 08:55           
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Ankarada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, qapalı şəkildə keçirilən toplantı iki saat yarım davam edib.

İclasda baş nazir nazir Binəli Yıldırım, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, xarici işlər naziri Mövlüd Çavuşoğlu və digər dövlət rəsmiləri iştirak edib.

Bölgədəki son hadisələrin müzakirə edildiyi iclasda İraq və Suriyadakı vəziyyət barədə fikir mübadiləsi aparılıb. İclasda həmçinin terrorla mübarizəyə də yer ayrılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru