Türkiyədə neft və qaz başqa sözlərlə əvəzləndi: yeni sözlər

28-09-2017, 09:20           

Türk Dil Qurumu (TDK) bəzi xarici sözlərin türkcə qarşılığını müəyyənləşdirib.

"Report" xəbər verir ki, bu barədə Türk Dil Qurumunun rəhbəri, professor Mustafa Sinan Kaçalin məlumat verib.

O bildirib ki, bundan sonra Türkiyədə "petrol" sözü "yer yağı", "doğal qaz"ın isə "yer qazı" kimi adlandırılması təklif olunub.

Bundan başqa, SMS sözü yerinə "qısa məlumat" və ya "qısa xəbər" işlənəcək.

Kaçalin buzlu meyvə sularından hazırlanan və "hyperloop" adlanan içkinin Anadoluda istifadə olunan "karsanbaç" kəlməsi ilə əvəzləndiyini bildirib.

Pərdəçilikdə istifadə olunan və artıq gündəlik dilə də keçən "store" kəlməsi isə "sarma pərdə" kəlməsi ilə əvəzlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru