Arda Turan Türkiyənin "media patronu"nun toyuna getmədi, çünki...

28-09-2017, 20:37           

Məsələ ilə bağlı "media patronu" ləqəbli Acun Ilıcalı şəxsi "Twitter" hesabında status paylaşıb
Türkiyənin məşhur teleaparıcısı, TV8 telekanalının direktoru Acun Ilıcalının toyunun üzərindən 1 həftə keçməsinə baxmayaraq, söz-söhbət səngimək bilmir. Özündən 20 yaş kiçik Seyma Subaşı ilə evlənən Acunun toyuna ən yaxın dostları — futbolçu Arda Turan və müğənni-aktrisa Hülya Avşarın gəlməməsi bəzi şayiələrin yayılmasına səbəb olub. İddia olunur ki, hər iki məşhur simanın Acun Ilıcalı ilə araları dəyib.

Məsələ ilə bağlı "media patronu" ləqəbli Acun Ilıcalı şəxsi "Twitter" hesabında status paylaşıb. Sputnik Azərbaycan "Milliyet"ə istinadən bildirir ki, teleaparıcı, yayılan xəbərlərin dedi-qodu olduğunu söyləyib.

"Arda toyum olan günü "Barcelona"nın heyətinə salınmışdı, ona görə gələ bilmədi. Hülya isə üzrlü səbəbdən gələ bilmədi. Deyirlər guya Hülya məni təqibi dayandırıb. O, məni "Twitter"də nə vaxt təqib edib ki! Biz bu xəbərlərə gülürük" — Acun yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru