AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Mövlut Uysal bu gün keçirilən səsvermədə Cümhuriyyət Xalq Partiyasından (CHP) olan rəqibinə qalib gəlib.
O, 179 səslə İstanbulun yeni meri vəzifəsinə layiq görülüb.
Qeyd edək ki, Kadir Topbaş bir neçə gün əvvəl İstanbulun bələdiyyə sədrliyindən istefa vermişdi.