Türkiyə və Rusiya İraq və Suriyanın ərazi bütövlüyünü dəstəkləyiblər

29-09-2017, 08:46           
Türkiyə və Rusiya İraq və Suriyanın ərazi bütövlüyünü dəstəkləyiblər
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin Ankarada baş tutan danışıqlar zamanı İraq və Suriyanın ərazi bütövlüyünü dəstəkləyiblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, R.T.Ərdoğan danışıqların yekunlarını şərh edərkən kürd muxtariyyətində müstəqillik referendumunun keçirilməsini böyük səhv adlandırıb.

“Suriya və İraqı müzakirə etdik. İraq və Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyi məsələsində həmfikir olduq. Bu referendumun heç bir qanuniliyi yoxdur. Şimali İraq rəhbərliyi böyük səhvə yol verib. Heç kimin bizim regionu alovlandırmağa haqqı yoxdur”, - deyə Ərdoğan jurnalistlərə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru