Türkiyə “Akkuyu” və “Türk axını” layihələrinin icrasını sürətləndirəcək

29-09-2017, 08:50           
Türkiyə “Akkuyu” və “Türk axını” layihələrinin icrasını sürətləndirəcək
Türkiyə Rusiya ilə birgə reallaşdırdığı “Akkuyu” AES və “Türk axını” qaz borusu enerji layihələrinin icrasını sürətləndirməyə hazırdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Ankarada keçirdiyi danışıqların yekunlarına dair mətbuata açıqlamasında bildirib.

“Ölkələrimiz arasında əməkdaşlığın əsas sahələrindən biri də energetikadır. Biz “Akkuyu” AES və “Türk axını” qaz borusu enerji layihələrinə böyük əhəmiyyət veririk. Onlar davam edəcək və biz onları tezləşdirməyə hazırıq”, - deyə Ərdoğan qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru