“Yaşıl”, “Saqqallı” və ya Ahmet Demir
29-09-2017, 15:01
Türkiyənin tarix boyu güclü kəşfiyyat sistemi və kəşfiyyatçıları olub. Onlardan biri də “Yaşıl”, “Saqqallı” və başqa ləqəblərlə tanınan, “Ruh” kimi bir kəşfiyyatçı olan Mahmud İldırımdır.
Əməliyyatlarda PKK-lı kimi geyinən Mahmud Yıldırım, polis və əsgərlərin onu tanıması üçün “Yaşıl şərf” taxırdı. Abdullah Öcalanın öldürülməsi üçün göndərildikdən 3 ay sonra öldürməməsi əmrini alır və Yıldırımın üsyanından sonra vətən xaini elan olunmuşdur. TEREF.İNFO yurdaz.com-a istindən yazır ki, daha sonra ölkəni tərk edərək Şama gedir və bir daha ondan xəbər alınmır.
Məşhur Susurluq kazası (qəzası) sonra ortaya çıxan əlaqələr, Yaşılın bir çox cinayətlərdə əli olduğu şübhəsi yaratdı, amma nə qədər axtarıldısa tapılmadı. Türkiyənin keçmiş baş naziri Məsud Yılmaz aldığı məlumatlara görə Yeşilin öldüyünü elan etdi. Polis onu axtarırdı amma tapa bilmirdi, neçə dəfə əlindən qaçırıb polis onu, amma tuta bilməyib. Deyilənlərə və bəzi şahidlərə görə Mahmud Yıldırımın dövlətin əlində olduğu və üzünün dəyişdirildiyini deyilir.
Ancaq qısa vaxt ərzində Yeşil, İHD (İnsan Haqqları Dərnəyi) başqanı Akın Birdalı öldürənlərin arxasında kı, adam olduğu ortaya çıxmışdır. Daha sonrakı məlumatlar İldırımın sağ olduğu şübhəsini yaratdı. Susurluq hesabatında da İldırıma 12 səhifəlik yer verildi.
Əhmət Dəmir, Məhmət Qırmızı adlı saxta vəsiqələri işlədən, Cənub-Şərq də “Saqqallı” adıyla tanınan Solxanlı Mahmud İldırımın keçmişi bir dəfədə aşkara çıxarıldı. Bir vaxtlar MİT də, ondan sonra JİTEM də (Jandarmanın terrorla mübarizə komandasıdır, yaradıcısı da Cem Erseverdir) işlədiyi aşkara çıxdı.
Cənub-Şərqdə kim tərəfindən cinayət işləndiyi bilinməyən saysız-hesabsız cinayətlərdə əli olduğu bilindi.
Afyon həbsxanasında Sabancı sui-qəsdi şübhəlilərindən DHKPC-li (Devrimci Halk Kurtuluş Partisi Cebhesi) Mustafa Duyarı Türkiyənin Şam səfirliyindən alıb gətirən timdə onunda adı olduğu sayıldı. Ancaq kəşfiyyatçıların medyaya paylaşmadığı məlumata görə Yaşılın çox adam olduğu və birdən çox adamın istifadə etdiyi kod ad olduğu bilindi.
Mahmud İldırım isə Yaşıl kod adıyla gəzən bir sui-qəstçidir. Ankarada bir barda əylənərkən dava çıxartığı üçün polis tərəfindən tutuldu və idarədə Orxan Taşanlar və komandası tərəfindən sümükləri sınana qədər döyüldü. Yaşılı polisin əlindən alan və Mit-də müalicə etdirən adamın Mehmet Eymür olduğu irəli sürülür. (Bu haqqda Necdet Pekmezcinin “Yeşil derin devletin üvey evladı” kitabından məlumat ala bilərsiniz)
Əl telefonunda zəng etdiyi yerlər arasında rəsmi dövlət qurumları və Abdullah Çatlı, Sami Hoştan, Sedat Peker kimi adlarda var. Mesut Yılmaza Budapeşt də yumruq atanlar da İldırımın telefonundan axtarılanlar arasında iştirak edir.
Yaşıl adının qorxuyla anılması Susurluq şəbəkəsi tərəfindən ödəniş məqsədiylə istifadə edildi. Susurluq şəbəkəsinin qorxutmaqla pul yığdığı adamları axtaran Yaşıl idi. Ömer Lütfünün öldürülmədən qabaq pul yatırdığı Ziraat Bankası Ankara Heykəl Şöbəsindəki hesab sahibinin də Əhmət Dəmir vəsiqəsini işlədən Yaşıla aid olduğu ortaya çıxdı.
Musa Anter, Cem Ersever, Tarık Ümit və Behcet Cantürk olmaq üzərə bir çox oldürüldüyü bilinməyən cinayətlərdə əli olduğu deyilir.
Mahmut İldırımın izi uzun vaxtdır tapıla bilmir. Yaşayıb və ya öldüyü haqqında hec bir məlumat yoxdur.
Mahmud Mit zabitlərindən Məhmət Eymürü çox istəyərdi, Eymürdə onu çox istəyirdi, bəzi kürd müğənni, aktyor, iş adamlarını PKK-nı dəstəklədiyi üçün hədələmiş və bəzilərini öldürmüş, pulunu alıb buraxmışdır, bunuda dövlətin əmri ilə etmişdir, əsasda müğənni və aktyorların hədələnməsini.
Türk anaları əgər evlərində rahat otururdularsa bunu Yaşıla borclu hesab edirdilər.
Pkk-lılar Yaşılın qorxusundan nə bilirdirsə danışırdılar və bəziləri Türkiyə tərəfinə çəkilmişdi. Kürd kəndlərinə gələndə dəftərlə gəzərdi, onun dəftərində hər kəs haqqında məlumat qeyd olunmuşdu. Bəzən kişiləri ailə üzvlərinin qabağında soyundurardı və beləcə onları hörmətdən salardı, kürd qadınları uşaqları yatmayanda “səni Yaşıla verərəm ” deyə uşaqlarını qorxudardılar. Bir dəfəsində zabitlərdən birinin həyat yoldaşı Yaşılın onlara qonaq gəlməsi yoldaşına təklif edir, zabit Yaşılı öz evinə qonaq çağırır, Yaşılda qonaqlıqdan məmnun qalır və onlara çox sağol deyib sağollaşır. Xanımı ərinə hamının Yaşıl-Yaşıl dediyi bu adamdı? Bu da bizim kimi bir insandı, o çox sadə insan olub, onun illərlər yanında işləyən adamlar belə onun adının Mahmud Yıldırım olduğunu bilməmişlər. Mahmudun niyə yaşıl rəngli şərf istifadə etdiyi haqqında məlumatlar gəzirdi və bu məlumatlara oğlu Murad İldırım tərəfindən kitabda onun teroristlərdən ayrılması üçün geyindiyini yazmışdır.
teref.az