5 min ülküçü Kərkükə getməyə hazırdır: Əllərində “Kalaşnikov” - FOTO
30-09-2017, 21:11
Türkiyənin Ülkü Ocaqları İstanbul təşkilatının fotosu müzakirələrə səbəb olub.
Cebhe.info xəbər verir ki, müzakirlərə təşkilatın başqan köməkçisi Deniz Güzelayın paylaşdığı foto təkan verib.
Belə ki, o, əlində “Kalaşnikov” avtomatı tutduğu yerdə çəkilən fotosunu paylaşaraq "5000 ülkücü Kərkükə getmək üçün hazırdır” sözlərini yazıb.Fotoda Kağıthane Ülkü Ocaqları başqanı Engin Kayacık da var.
“Instagram”da paylaşılan fotoya "Türklüyün yaşaması, Türkmən yurdlarının üzərindəki kabus buludunun dağıdılması üşün hər cür məşəqqəti, hər zülmü gözə aldığımız bilinməli, hər kəs hesabını buna görə aparmalıdır”,-qeydi yazılıb.