Bərzani 22 il əvvəl Türkiyəyə belə xəyanət etdi

1-10-2017, 10:48           

Türkiyənin Milli İstehbarat Təşkilatının (MİT) Terrorizmlə Mübarizə İdarəsinin keçmiş rəhbəri Məhməd Eymürün 1995-ci ildə türk ordusunun İraqda aparılan əməliyyatlar barədə “Milliyyət” qəzetinə verdiyi açıqlama böyük maraq doğurub.

Axar.az həmin açıqlamanı təqdim edir:

“Mənim vəzifədə olduğum illərdə həm Bərzanin hakim olduğu Səlahəddin, həm də Təlabanin nəzarət etdiyi Süleymaniyyədə xidmət keçən əməkdaşlarımız var idi. Qarşılıqlı yardımlaşma olurdu və adamlarımız onların mühafizəsi altında idi. Təlabaninin rəhbərliyi altında heç bir mənfi olay baş verməmişdi. Lakin Bərzaninin nəzarətində olan bölgədə iki fərqli terror hücumundan 4 əməkdaşımız həlak oldu. Bərzani PKK-nın etdiyini söylədi. Lakin cinayətkarlar heç vaxt tapılmadı. MİT binasında şəhid dostlarımızın fotoları var”.

Qeyd edək ki, Eymürün bəhs etdiyi əməliyyatlar Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Şimali İraqda PKK-ya qarşı keçirdiyi "Çelik hərəkatı"dır.

Həmin əməliyyatlarda 568 PKK-çı məhv edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru