Bərzani Türkiyəyə meydan oxudu, Kərkükə getdi –Peşmərgə komandirləri ilə qapalı görüş + FOTO

2-10-2017, 23:42           

İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani sentyabrın 25-də keçirilən referendumdan sonra ilk rəsmi səfərini bu gün Türkiyənin xüsusi diqqətində olduğu və mübahisəli bölgə sayılan Kərkükə edib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bərzani Kərkükə peşmərgənin komandiri ilə gəlib:

"Bərzanini Kərkükdə Iraq Kürdistan Yurdsevərlər Birliyinin (İKYB) sədr müavini və eyni zamanda, Bərzaninin köməkçisi olan Kosrət Rəsul və diğər rəsmi şəxslər qarşılayıblar. O, İKYB-nin Kərkük təşkilatını ziyarət edib. Daha sonra isə Kərkükdə təhlükəsizliyi qoruyan peşmərgə komandirləri ilə qapalı görüş keçirib. Qapalı görüşdə nələrin müzakirə olunduğu isə gizli saxlanılır".

Türkiyə mediası isə Bərzanini Kərkükə səfər etməsini, orada peşmərgə ilə bir araya gəlməsini rəsmi Ankaranın maraq və çağışlarına məhəl qoymaması kimi dəyərləndirir. Bildirilir ki, Kərkükə səfərlə sanki rəsmi Ankaraya meydanoxuma görüntüsü verən Bərzaninin bu hərəkəti münasibətlərin daha da sərtləşməsinə səbəb olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru