Məhəmməd Bakeri: “İran və Türkiyə İraqın kürd muxtariyyətində keçirilmiş referendumu tanımır”

3-10-2017, 08:38           
Məhəmməd Bakeri: “İran və Türkiyə İraqın kürd muxtariyyətində keçirilmiş referendumu tanımır”
İran və Türkiyə İraqın kürd muxtariyyətində keçirilmiş referendumu qeyri-qanuni hesab edir və nəticələrini tanımır.

APA-nın “Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmməd Bakeri türkiyəli həmkarı Hulusi Akarla görüşündən sonra deyib.

“Biz İraq Kürdüstanında keçirilən referendum və bununla bağlı ölkələrimizə olan təhdidləri müzakirə etdik. İran və Türkiyə olaraq İraqın ərazi bütövlüyünü dəstəklədiyimizi və referendumun nəticələrini tanımadığımızı bir daha təsdiqlədik”, deyə M.Bakeri qeyd edib.

Məlumata əsasən, tərəflər həmçinin sərhədlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində daha fəal əməkdaşlıq barədə razılığa gəliblər.

Qeyd edək ki, Tehrana səfər edən Türkiyә Silahlı Qüvvәlәrinin baş qәrargah rәisi Hulusi Akar ölkə prezidenti Həsən Ruhani ilə də görüşüb.

Xatırladaq ki, sentyabrın 25-də İraqın şimalındakı kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Səsvermədə iştirak edənlərin 92,73%-nin müstəqilliyin lehinə səs verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru