Ərdioğanın ölümdən xilas etdiyi şəxs cinayət törətdi - “Arvadımla münasibəti vardı” (VIDEO-FOTO)

5-10-2017, 15:40           
Ərdioğanın ölümdən xilas etdiyi şəxs cinayət törətdi - “Arvadımla münasibəti vardı” (VIDEO-FOTO)
2015-ci ildə intihara cəhd edərkən Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan tərəfindən fikrindən daşındırılıb xilas edilən Vəzir Çatraş cinayət törətdiyini etiraf edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulda Sultanqazi mahlında baş verib.

Bazar günü gecə saatlarında bir evdə yanğın olması barədə yanğınsöndürmə qrupuna xəbər verilib. Hadisə yerinə gedən yanğın söndürənlər alovu söndürdükdən sonra evdə meyid aşkarlayıblar. Məşhur gecə klublarının birində dj-lik edən Cəlal Doğancıkın boğularaq qətlə yetrildiyi məlum olub. Polislərin bildiridyinə görə, qatil C.Doğancıkı boğduqdan sonra izi itirmək üçün evi yandırıb.

Polis qətldə günahlandırılan 3 şəxsi saxlayıb. Şübhəlilərdən Vəzir Çatraşın ölən şəxslə arasında düşmənçilik olduğu ortaya çıxıb. O, həyat yoldaşı ilə münasibəti olduğunu iddia etdiyi DJ Cəlal Doğancıkı əvvəllər təhdid edibmiş. Hadisəylə bağlı kamera görüntüləri də ortaya çıxıb.

Görüntüdə hadisə günü Çatraşın yanındakı 2 nəfərlə evin ətrafında gəzdiyi bəlli olub.
[media=https://www.youtube.com/watch?v=FJYplKbB00Y]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru