“Kərkükü Türkiyəyə birləşdirsək…” - Perinçək

5-10-2017, 15:50           
“Kərkükü Türkiyəyə birləşdirsək…” - Perinçək
ABŞ-la İsrail artıq Yaxın Şərqdə uduzublar.

Axar.az xəbər verir ki, bu sözləri “Ulusal” televiziyasına müsahibəsində Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçək söyləyib.

“Cənubumuzda dövlətlər birləşir. Yeni dünya qurulur. Bölgədə ABŞ-la İsrail uduzub. ABŞ-ın Yaxın Şərqdə məzhəb savaşları yaratmaq istəyi baş tutmadı. Türkiyə zamanında İraq Kürd Muxtariyyəti ilə bağlı lazımlı addımları atsaydı, referendumun qarşısını ala bilərdi. Biz aylar əvvəl hökumətə xəbərdarlıq etmişdik”, – deyə o bildirib.

Perinçək çıxışı zamanı Milliyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalının Kərkük açıqlamasına da diqqət yetirib:

“Baxçalının Kərkük-Mosul açıqlaması son dərəcə yanlışdır. “Kərkükü 82-ci, Mosulu 83-cü vilayətimiz edəcəyik” demək Diyarbəkiri itirməyimizlə nəticələnəcək. Kərküklə Mosulu necə alacaqsan? Bunu etməklə İraqla İranı hədəf almış olacaqsan. İraqı, İranı, Suriyanı özünə düşmən etməklə ABŞ-ın tələsinə düşəcəksən və nəticədə Diyarbəkiri də itirəcəksən”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru