Farslardan “Ölüm olsun türkə” şüarı – Video

7-10-2017, 07:56           

Tehranın Azadi stadionunda paytaxt komandası “Perspolis”lə Təbrizin "Traxtur" komandası arasında baş tutan oyun zamanı yaşanan insidentin görüntüləri növbəti dəfə sosial şəbəkələrdə paylaşılıb.

Axar.az xəbər verir ki, oyun zamanı "Perspolis" azarkeşləri “Ölüm olsun türkə” şüarı səsləndirmişdilər və bu, Güney Azərbaycanda böyük etirazla qarşılanmışdı.

Qeyd edək ki, 3 avqustda baş tutan oyunda Təbriz komandası məğlub olmuşdu. İranın “Qladiator sorx” internet qəzeti də avqustun 3-də Azərbaycanın “Traktor” və Tehranın “Perspolis” komandalarının görüşündən əvvəl və sonra yaydığı məlumatlarda türkləri təhqir edərək, “Səudiyyənin əl-əhlisindən öncə zibh edin, əl-vəhşi Təbriz” və “Pantürklərin canına od saldıq, türk kababı” kimi cümlələr işlətmişdi.

Azərbaycanlı millət vəkilləri buna kəskin etiraz etmişdilər.
[media=https://www.youtube.com/watch?v=S5_v3n7JPe4]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru