Maduro Türkiyəyə gəldi –Ərdoğanla görüşdü

7-10-2017, 08:21           

Venesuela prezidenti Nikolas Maduro türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Strateq.az Amerikanın Səsi-nə istinadla xəbər verir ki, görüşün məqsədi ikitərəfli münasibətlərin və beynəlxalq məsələlərin müzakirəsi olub.

Maduronun cümə günü Ankaraya səfəri ABŞ-ın bu Cənubi Amerika dövlətinə sanksiyaları sərtləşdirdiyi vaxta təsadüf edir. Dərinləşən siyasi böhran içindəki Venesuelada yüksək inflyasiya və geniş yayılmış ərzaq çatışmazlıqları müşahidə olunur.

Hər iki ölkənin xarici işlər nazirləri qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək üçün tərəfdaşlıq komissiyaları təsis etmək üzərində razılığa gəliblər.

Maduro Ankaraya Rusiya və Belarusa səfərin ardınca gəlib. Moskva və Minskdə Maduro sabiq sovet respublikaları ilə genişlənən hərbi əməkdaşlığı müzakirə edib.

2016-cı ilin fevralında Ərdoğan Çili, Peru və Ekvadora səfər edərək Türkiyə ilə Cənubi Amerika arasında ticarət əlaqələri üzərində danışıqlar aparmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru