“Tbilisidən Qarabağa müntəzəm uçuşlar var” – Azərbaycanın axtarışa verdiyi şəxs

7-10-2017, 08:23           
“Tbilisidən Qarabağa müntəzəm uçuşlar var” – Azərbaycanın axtarışa verdiyi şəxs
Qarabağa qanunsuz səfər etdikləri üçün rəsmi Bakının axtarışa verdiyi Türkiyə vətəndaşları İstanbulda fəaliyyət göstərən “Aqos” qəzetinə açıqlamalar veriblər.

Siyasətçi, keçmiş deputat Ufuk Uras axtarışa verildikləri üçün Türkiyəni tərk etməyə qorxduqlarını bildirib.

“Bakıdan zəng elədilər və icazə alıb-almadığımızı soruşdular. Dəmir məftilləri aşaraq ora getmədiyimizi və yolda heç kəsin bizə heç nə demədiyini dedim. Məsələnin bu qədər böyüdüləcəyini düşünmürdük. Türkiyəni tərk etməkdən çəkinirik” –deyə o, danışıb.

Axtarışda olan digər şəxs – Ali Bayramoğlu isə Tbilisidən Qarabağa birbaşa təyyarə uçuşlarının olduğunu deyib. “Gürcüstanın paytaxtı Tbilisidən Qarabağa müntəzəm uçuşlar olur. İnsanlar ora gedib-gəlirlər”.

Bayramoğlu bundan sonra Qarabağa getmək fikrinə düşən Türkiyə vətəndaşlarının 10 dəfə düşünüb-daşınacaqlarını da əlavə edib. /modern.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.