Qırğız Respublikası baş nazirinin müavini avtomobil qəzasında ölüb

7-10-2017, 10:42           
Qırğız Respublikası baş nazirinin müavini avtomobil qəzasında ölüb
Qırğız Respublikası baş nazirinin müavini Temir Cumakadırov avtomobil qəzası nəticəsində vəfat edib.

“Report” Qırğız Respublikası KİV-inə istinadən xəbər verir ki, oktyabrın 7-də Bişkek – Kara-Balta avtomobil yolunda baş nazirin müavinin içində olduğu avtomobil “KamAZ” markalı yük maşını ilə toqquşub.

İnformasiyaya əsasən, hadisə nəticəsində Temir Cumakadırovla yanaşı, köməkçisi və sürücüsü vəfat ediblər.

Baş nazirin müavini qarşıdan gələn prezident seçkisinin keçirilməsi məqsədi ilə yaradılan Respublika Mərkəzi seçki qərargahına başçılıq edirmiş.

O, seçki məntəqələrinin hazırlığını yoxlamaq üçün Talas şəhərinə gedirmiş.

Yük maşınının sürücüsü xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi ilə bağlı heç bir ehtimal irəli sürülməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru