Peşmərgə komandiri Təlabaninin yerinə gətirildi

8-10-2017, 13:48           

Vəfat edən Kürdüstan Yurdsevərlər Birliyinin baş katibi Cəlal Təlabaninin yerinə Kosret Rəsul təyin olunub.

Axar.az xəbər verir ki, bu barədə İran mətbuatı informasiya yayıb.

Keçmiş peşmərgə komandiri olan Kosret Rəsul Kürdüstan Yurdsevərlər Birliyinin Baş katibinin birinci müavini olub. 1992-ci ildə İraq Kürd Muxtariyyətinin parlamentinə seçilən Rəsul, eyni zamanda, Məsud Bərzaninin müavini vəzifəsini icra edib.

Qeyd edək ki, İraqın keçmiş prezidenti Cəlal Təlabani oktyabr ayının 3-də 83 yaşında vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru