Evinə qayıdan ailənin qarşısını kəsdilər: qız maşında ata-anasının qətl anını gördü

8-10-2017, 14:28           

Ankarada axşam saatlarında evlərinə gedən ailəyə silahlı hücum edilib.

BiG.AZ milli.az-a istinadən xəbər verir ki, Ankarada şəxsi avtomobilləri ilə evlərinə getmək istəyən ər-arvad qabaqlarını kəsən naməlum şəxslər tərəfindən qətlə yetiriliblər.

Məlumata görə, 06 DTF 98 dövlət qeydiyyat nişanlı maşınları ilə evlərinə gedən Gökay İ. ilə həyat yoldaşı Hilal İ. öldürülüb. Cinayətkarlar hadisə yerindən qaçaraq izi itirməyi bacarıblar. Silahlı hücum zamanı cütlüyün uşaqlarının da maşında olduğu məlum olub. Cütlüyün Ayça adlı azyaşlı qızı isə polis tərəfindən nəzarətə götürülüb.

Polislər hadisə yerində araşdırma aparıblar. İstintaq davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru