İbn Sinanın Yaradılış barədə qeyri-adi və mübahisəli fikirləri- TARİX

8-10-2017, 15:35           
İbn Sinanın Yaradılış barədə qeyri-adi və mübahisəli fikirləri- TARİX
Qərbdə Avitsenna, Şərqdə isə “təbiblərin hökmdarı” kimi tanınan İbn Sinanın adı Asiya üçün uzun əsrlərdi ki, qəndil rolunu oynayır. Onsuz da Günəşi batmaqda olan Şərqə düşən ala-budda işıq parçaları elə İbn Sina və onun kimi tək-tük şəxslərə aiddir.

İbn Sina taun, vəba, sarılıq kimi xəstəliklərin səbəblərini analiz edib, baş ağrıları, mədə xorası və bir sıra başqa xəstəliklərin müalicə üsullarını göstərib. İlk dəfə göz əzələlərinin quruluşunu da o təsvir edib. Ona qədər dünya tibb elmində hesab olunurdu ki, göz fənər kimi işıq şüalandırır və bu şüalar obyektə dəyib qaytması ilə insan görür.

İbn Sina insanın fiziologiyası ilə yanaşı, həmçinin, onun ruhi sağlamlığı üçün də əlindən gələni əsirgəməyib.

Böyük alimin tətbiq etdiyi tibbi metodlar bu gün də ö aktuallığını qoruyub saxlayır. Alternativ tiblə məşğul olan mütəxəssislər 2017-ci ildə də orta əsr alimindən yararlanırlar.

İbn Sinanın Yaradılış barədə fikirləri də maraqlıdır. Aşağıdakı sətirlər tərcüməçi, şərqşünas Nəriman Qasımoğlunun tərcümə etdiyi "İtirilmiş Maarif: Mərkəzi Asiya ərəb istilasından Teymurləngədək" kitabındandır.

Moderator.az müəllifi Frederick Starr olan kitabdan həmin fikirləri təqdim edir:

"İbn Sina... köhnədən səslənən “Bu aləm haradan gəlib?” sualının məzmununu dəyişdi. Din peyğəmbərləri bu suala cavab verərkən elan edirdilər ki, bu aləm Tanrının yaradıcılıq məhsuludur. Filosoflar isə iddia edirdilər ki, bu dünya əbədidir. Məntiq müddəalarından çıxış edən İbn Sina eyni dəlilin yeni bir variantını irəli sürdü... İbn Sinaya görə, maddi dünya mövcudiyyətə özəl bir vaxtda gəlib, ancaq əbədi olan dünya konsepsiyasıdır. Yaradılış aktı nəyinsə başqa bir şeylə dəyişdirilməsi prosesi olmamış, əksinə, mövcudluğun konsepsiya olaraq yaradılış öncəsi reallığının maddi mövcudiyyətə transformasiyası ilə şərtlənmişdir. İlahiyyatçılar öz yerində, konsepsiyalar barədə ideyanı mənimsəyə bilməyən, təbiət elmlərini təcrübədə öyrənən alimlər, eləcə də konsepsiyalar, yaxud mahiyyətlərin sadəcə təsdiqilə kifayətlənən riyaziyyat alimləri də bu fikirdən çaşqınlıq keçirirdilər. İbn Sina isə iddia edirdi ki, əslində onların fikirlərilə onun dedikləri ən dərin qatda bir-birinə uyğun idi. Belə bir idrak xətti dinlə elm arasında barışıq məqamına işarə edirdisə də bu, yalnız həmin məqama doğru atılan ilk addım idi..."












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.