Bu ölkədə milyonçuların sayı artdı

9-10-2017, 09:01           

Türkiyədə hesabında 1 milyon lirə və bundan daha çox pulu olan milyonçu sayı bu ilin 8 ayı ərzində 16 min 517 nəfər artaraq 125 min 381-ə yüksəlib.

Axar.az xəbər verir ki, bu məlumatı "Anadolu" agentliyi Türkiyənin Bankçılıq Tənzimləmə və Nəzarət Qurumunun hesabatına əsasən yayıb.

Məlumata görə, ötən ilin dekabr ayında bank hesabında 1 milyon lirə və daha çox pulu olan milyonçu sayı 108 min 864 nəfər olduğu halda, hazırda bu rəqəm 8 ay ərzində 125 min 381-ə yüksəlib.

Agentlik siyahıda yer alan milyonçuların təxminən 3 milyard lirəlik qızıla sahib olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru