Türkiyədə dolların məzənnəsi 8 ay əvvəlki rekordu yeniləyib

9-10-2017, 11:07           
Türkiyədə dolların məzənnəsi 8 ay əvvəlki rekordu yeniləyib
Türkiyədə ABŞ dollarının məzənnəsi bir gündə 6%-dən çox artaraq 3,85 lirəni ötüb.
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Amerika valyutasının kəskin bahalaşmasına səbəb kimi ABŞ və Türkiyə arasında yaranmış siyasi gərginlik göstərilir.
Belə ki, ABŞ-ın Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmasından dərhal sonra Türkiyə də analoji addımı atıb. Bu isə milli valyutanın dollar qarşısındakı məzənnəsinə təsirsiz ötüşməyib.
Qeyd edək ki, Türkiyədə dolların məzənnəsi bu səviyyədə sonuncu dəfə bu il yanvarın 30-da, yəni təxminən 8 ay bundan əvvəl çatıb. Bununla belə, hazırda Türkiyənin nağd valyuta bazarında dollar 3,71 lirəyə bərabərdir. İstənilən halda ötən həftənin sonu ilə müqayisədə dollar 3% bahalaşıb.
"Report"un analitik qrupu hesab edir ki, Türkiyədə qiymətinin 3,53 lirədən aşağı düşməsi çox çətin olacaq. Çünki lirənin dollar qarşısında zəifləməsi üçün səbəblər var. İlk növbədə, Türkiyənin xarici ticarət balansının kəsiri artıb. Bu ilin sonuna qədər Türkiyədə dolların məzənnəsi 3,6-3,75 lirə, gələn il isə 3,7-4,2 lirə ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru