Ankara “İncirlik” bazasını amerikalılar üçün bağlayacaq

9-10-2017, 14:19           
Ankara “İncirlik” bazasını amerikalılar üçün bağlayacaq
Türkiyə “İncirlik” hərbi-hava qüvvətləri bazasını ABŞ HHQ üçün bağlaya bilər. Virtualaz.org xəbər verir ki, bu məlumatı Türkiyənin “Hürriyet” qəzeti yayıb.

Mənbə bildirir ki, buna səbəb kimi ABŞ-ın Türkiyə vətəndaşlarına vizaların verilməsinin dayandırılması barədə qərarı göstərilir.

Dünən ABŞ-ın İstanbul konsulluğunun əməkdaşının həbs edilməsindən sonra ABŞ Türkiyə vətəndaşlarına vizaların verilməsini dayandırıb. Buna cavab olaraq, Türkiyə də ABŞ vətəndaşlarına vizaların verilməsinin dayandırıldığını bildirib.

Türkiyə rəsmiləri qeyd edir ki, həbs edilmiş türk əsilli konsulluq əməkdaşı FETÖ terror təşkilatı ilə bağlı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru