Türkiyə prezidenti Serbiyada

10-10-2017, 12:03           

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Serbiyaya rəsmi səfəri başlayıb.
teref.az TASS-a istinadən verdiyi xəbərə görə, Belqrad hava limanında Türkiyə prezidentini Serbiyanın dövlət başçısı Aleksandr Vuçiç, baş nazir Ana Brnabiç və digər rəsmi şəxslər qarşılayıblar.

Serbiya mətbuatının yazdığına görə, ötən axşam dövlət başçılarının qeyri-rəsmi şam yeməyi olub. Səfər proqramının rəsmi hissəsi bu gün başlayacaq. İki ölkə arasında bir sıra razılaşmaların imzalanacağı gözlənilir. Oktyabrın 11-də isə Ərdoğan Serbiyanın cənubundakı Novi-Pazar şəhərinə səfər edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru