Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri və qardaşı həbs edildi – Dövlət sirrini yayma ittihamı ilə

10-10-2017, 16:54           
Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri və qardaşı həbs edildi – Dövlət sirrini yayma ittihamı ilə
Astananın Yesil rayon məhkəməsi Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş başçısının qardaşı Rustambek Dutbayevin iki ay müddətinə azadlıqdan məhrum edilməsi barədə sanksiya verib.

"Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, o, dövlət sirrini yaymaqda ittiham olunur. R.Dutbayevin həbs müddəti noyabrın 27-də bitir.

Yesil rayon məhkəməsi Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş başçısı Nartay Nurtayeviç Dutbayev barəsində də həbs qətimkan qərarı qəbul edib. Onun həbs müddəti isə noyabrın 29-da başa çatır.

N.Dutbayevin ittiham olunduğu məsələlər açıqlanmayıb.

Bir müddət əvvəl isə dövlət sirrini yaydığı üçün onun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edildiyi barədə xəbər yayılmışdı. Məhkəmənin qərarına əsasən, komitənin keçmiş sədri ömürlük dövlət vəzifəsində işləməkdən də məhrum edilib. Bundan başqa, N.Dutbayev general-leytenant rütbəsi və dövlət mükafatlarından da məhrum olunub.

Qeyd edək ki, N.Dutbayev 1956-cı il yanvarın 7-də Qazaxıstanın Jambıl vilayətində doğulub. 2001-ci ilin dekabrından 2006-cı il fevralın 22-dək Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri işləyib. 2006-cı ildə komitənin "Arıstan” adlı xüsusi təyinatlı dəstəsi keçmiş baş nazir Altınbek Sərsenbaylının qətlində iştirak etdiyi üçün istefa verib. 2006-2008-ci illərdə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Akademiyasında rəis işləyib. 2008-ci ilin fevralında isə ölkə prezidenti Nursultan Nazarbayevin müşaviri vəzifəsində çalışıb. 2016-cı il dekabrın 26-da dövlət sirlərini yaymaq və vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinərək saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru