SON XƏBƏR: RZANI HƏBSXANADA ÖLDÜRMƏK İSTƏDİLƏR

17-11-2017, 09:44           

ABŞ-da məhbus olaraq mühakimə olunan və hansı həbsxanada saxlandığı bilinməyən Rza Zərrab noyabrın 27-də başlayacaq məhkəmə prossesinin dünənki hazırlıq iclasına qatılmayıb. Həbsxanada ölümlə təhdid edilən Zərrab başqa bir həbsxanaya köçürülüb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, azərbaycanlı iş adamının həbsxanada bir zənci tərəfindən bıçaqlanaraq öldürülməyə cəhd edildiyi və buna görə də başqa bir həbsxanaya aparıldığı ortaya çıxıb.

Xəbərdə, ''Dərin dövlətin Rzaya ölüm qorxusu verərək öz istəyi ilə etirafa məcbur etdikləri aydın olur.'' deyilir.
''Rzanın Amerikalı vəkili Brafman açıqlamasında dünənki prossesə müvəkkilinin qatılmayacağını söylədi. Türk vəkil isə Zərraba ulaşa bilmir''.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru