Türkiyəli inqilabçıların edam sənədi HƏRRACA ÇIXARILDI

17-11-2017, 10:13           

Türkiyənin İstanbul şəhərində yerləşən bir hərrac şirkəti inqilabçı Deniz Gezmiş və onun silahdaşları Yusuf Aslanla Hüseyn İnanın orijinal edam sənədini satışa çıxarıb.
Publika.az xəbər verir ki, hərracda satışa çıxarılan əşyaların ilkin qiyməti 5 lirə qoyulub.
Hərracda edam kağızı ilə yanaşı, Mustafa Kamal Atatürkün fotoları və müğənni Ahmet Kayanın anası üçün hazırladığı muncuqlu pulqabı, həmçinin, Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəlin qələmləri, fotoları və osmanlı dilində yazılmış sənədləri kimi bir çox maraqlı əşyalar da satışa çıxarılıb.
Qeyd edək ki, Deniş Gezmiş və dostlarının edam hökmü yazılan sənədin qiyməti hazırda 15 000 lirəyə qalxıb.
İnternet vasitəsilə aparılan hərrac 18 noyabr tarixində başa çatacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru