Qırğızıstan yeni pul vahidi ilə ilkə imza atdı - FOTO

17-11-2017, 14:09           
Qırğızıstan yeni pul vahidi ilə ilkə imza atdı - FOTO
Qırğızıstan Milli Bankı ilkə imza ataraq orijinal dizaynda əskinas buraxıb. Trend-in məlumatına görə, bu pul vahidinin orijinallığı onun dizayn-formasının şaquli olması ilə bağlıdır.

Milli Bankın rəhbəri Kubanıçbek Kulmatov bildirib ki, pul vahidi 2 min som (təxminən 28 dollar) dəyərindədir.

Bank rəhbərinin sözlərinə görə, əskinas müasir standartlara cavab verən yüksək müdafiə səviyyəsinə malikdir.

Qeyd olunur ki, bu orijinal dizaynlı əskinas Qırğızıstanın müstəqilliyinin 25 illiyi münasibətilə buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru